Bakıda “Nizami” metro stansiyasının təmiri və restavrasiyası başa çatıb

10:57 - 3.10.2017


“Bakı metropoliteni” QSC “Nizami” stansiyasının təmirini və restavrasiyasını yekunlaşdırıb.

QSC-nin məlumatında bildirildiyi kimi, stansiyanın təmiri və  restavrasiyası üzrə işlər mərhələ şəklində aparılırdı və  təxminən bir il davam edirdi.

Məlumatda deyilir: “İşlər, Bakı metropoliteni” QSC-nə məxsus olan vəsaitlər hesabına aparılırdı. Restavrasiya üzrə işlər, Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın milli və memarlıq surətinin qorunub saxlanılması ilə aparılırdı”.

Stansiya 31 dekabr 1976-cı ildə istismara verilib. Stansiyada istismarda olan eskalatorların yararlılıq müddəti 2025-ci ildə bitir və bu səbəbdən də onların yenilənməsi və stansiya vestibülünün təmiri həmin dövrə planlaşdırılıb.

 

Вся лента