İlham Əliyev “Diqlas” TM-də baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara 3 milyon manat ayırıb

13:44 - 29.03.2019


29 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, martın 26-da Bakının Nizami rayonunda yerləşən Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkmiş  sahibkarlara, 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin ehtiyat fondundan ilk olaraq 3 milyon manat ayrılacaq.

Vəsaitlər İqtisadiyyat Nazirliyinə köçürüləcək və nazirlik, 3 ay müddətində maddi yardımın göstərilməsi qaydaları təsdiq edəcək.

Maliyyə Nazirliyinə, sərəncamda göstərilən məbləğin maliyyələşdirilməsi  tapşırılıb.

 

Вся лента