Rövnəq Abdullayev Gürcüstanın Baş naziri ilə görüşüb

12:15 - 1.04.2019


1 aprel, Fineko/abc.az. 29-30 mart tarixlərində SOCAR-ın prezidenti Rövnəq Abdullayev Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüş keçirib. Görüşdə tərəflər arasındakı əməkdaşlıq ilə bağlı məsələlər müzakirə olunub, gələcəkdə perspektivli tərəfdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır. 

Rövnəq Abdullayev səfər çərçivəsində SOCAR Energy Georgia şirkətinin Tbilisidə yerləşən baş ofisində keçirilən işgüzar iclasda iştirak etmişdir. SOCAR Energy Georgia şirkətinin Baş direktoru Mahir Məmmədov şirkətin 2018-ci il üzrə əsas əməliyyat nəticələrini məruzə etmiş, 2019-cu il üçün nəzərdə tutulan strateji fəaliyyət planı barədə ətraflı məlumatlar vermişdir.

 

 

Вся лента