Azər Əliyev İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına rəhbərlik edəcək

01.04.2019,15:13


1 aprel, Fineko/abc.az. Azərbaycanın İcbari Sığorta Bürosunun Himayəçilər Heyətinin tərkibi dəyişib.

Bürodan verilən məlumata görə, hazırda Atəşgah Sığorta şirkətinin idarə heyətinin sədri indi Himayəçilər Şurasına rəhbərlik edir. O,bu fəzifədə  AXA MBask ASC-nin direktorlar şurasının sədrinin birinci müavini Lana Gözəlovanı əvəz edib.

“Bununla yanaşı, Himayəçilər Şurasının üzvü olan PAŞA Sığorta ASC-in idarə heyətinin sədri Ülviyyə Cabbarova, İcbari Sığorta Bürosunun sədrinin müavini Tələt Səfərovun yerinə keçdi. Tələt Səfərov Ateshgah Sigorta şirkətinin İdarə Heyətinin sədrinin müşaviri kimi çalışır. O, həmçinin əvvəllər Büronun Himayəçilər Şurasının üzvü olmuşdur”, - deyə məlumatda bildirilir.

Ülviyyə Cabbarovanın yerinə Xalq Sığorta-nın İdarə Heyətinin üzvü Mətanət Nərimanlı təyin olunub.