Neftin qiymətləri yüksəlir

09:58 - 3.04.2019


3 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,34 dollar və yaxud 0,48% artaraq bir barelə 71,16 dollar təşkil edib.

Aprelin 2-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,99 dollar (1,61%) artaraq bir barelə 62,58 dollar təşkil etmişdir. 

Saat 9:15-də “WTI” markalı neftin may fyuçersi 0,25 dollar (0,4%) artaraq 62,83 dollar / barelə təşkil etmişdir.

Çərşənbə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,36 dollar (0,52%) artaraq bir barelə 69,37 dollar təşkil etmişdir. 

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,38 dollar (0,55%) artaraq bir barelə 69,75 dollar təşkil etmişdir.

 

Вся лента