“ASAN xidmət” tikinti bazarında monitorinq keçirir

12:57 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tikinti bazarında monitorinq keçirib.

“ASAN xidmət”in məlumatında deyildiyi kimi, monitorinqin keçirilməsində məqsəd, tikinti şirkətlərində əmək qanunvericiliyinin pozuntularının aşkarlanması və vətəndaşların əmək hüquqlarının qorunmasıdır.

“Monitorinq, Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 76 hüquqi və fiziki şəxsi əhatə edib. Monitorinq nəticəsində, 264 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işə cəlb olunması müəyyənləşib. Monitorinq nəticəsində aşkar olunmuş faktlar müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirilib”, - məlumatda belə deyilib.

Bildirilir ki, monitorinqlərin keçirilməsi davam etdiriləcək.

 

Вся лента