Köhnə telefonunu gətir, Azercell-dən yeni 4G Nokia smartfonu və 150 AZN-dək hədiyyə qazan!

03.04.2019,15:05


3 aprel, Fineko/abc.az. Müştərilərinin istəklərini hər zaman diqqət mərkəzində saxlayan Azercell abunəçilərini yeni kampaniya ilə sevindirir. Azərbaycana 4G xidmətini ilk dəfə gətirən Azercell Telekom, bu dəfə abunəçilərinin istifadəsinə yeni “Nokia” - 4G smartfon kampaniyasını təqdim edir. Belə ki, yalnız aprel ayının 3-dən 30-dək Azercell-bütün Sim-Sim abunəçiləri üçün köhnə mobil telefonlarını Azercell dükanlarına təhvil verib, yeni Nokia 1, Nokia 2.1, Nokia 3.1, Nokia 3.1 Plus, Nokia 5.1, Nokia 5.1 Plus, Nokia 6.1 və ya Nokia 7.1 telefon modellərindən birini 25%-dək endirimlə əldə etmə fürsəti təklif edir. Əlavə olaraq ödənilən məbləğin 150 manatadək dəyəri hədiyyə qismində 6 ay ərzində hissə-hissə nömrənin balansına geri qaytarılır.

Azercell-in 4G sürətini yeni 4G Nokia smartfonunda hiss et!

Əlavə məlumat üçün https://www.azercell.com/az/personal/campaigns/monthly/cashback/ səhifəsinə daxil olun.