“Kasperski Lab” Madriddə Şəffaflıq Mərkəzi açır

13:30 - 4.04.2019


4 aprel, Fineko/abc.az. "Kaspersky Lab" Madriddə Şəffaflıq Mərkəzi açır. Bu Sürixdə yerləşən anoloji mərkəz kimi, etibarlı tərəfdaşlar və hökumət təşkilatları üçün şirkət məhsullarının mənbə kodunu yoxlamaq, eləcə də,  proqram təminatının hazırlanması sənədləri və məlumatların emalı prinsiplərini öyrənmək üçün təhlükəsiz və rahat mühit yaradacaq. Mərkəz ilk qonaqlarını iyun ayında qəbul edəcək.

Struktur “Kaspersky Lab”ın  2017-ci ilin oktyabr ayında elan etdiyi informasiya açıqlığı qlobal təşəbbüsü çərçivəsində yaradılıb. Bu təşəbbüs tərəfdaşların və hökumət təşkilatlarının Kaspersky Lab məhsullarının və texnologiyalarının necə işləməsinə olan artan marağı ödəmək üçün bir sıra tədbirlərdən ibarətdir.

Mərkəzdə məlumat sadə və rahat şəkildə təqdim olunacaq. Qonaqlar müxtəlif məlumatlara çıxış əldə edəcəklər: “Kaspersky Lab”ın  proqram təminatının hazırlanması prinsiplərindən və informasiyanın  qorunması standartlarından tutmuş, şirkətin mənbə kodunun kritik hissələrinin dərin hərtərəfli təhlilinə kimi (Daha ətraflı kaspersky.com/transparency-center-offices)

"Biz məlumatların saxlanılması, işlənilməsi və “Kaspersky Lab” tərəfindən qorunması  proseslərinin biznes insanları tərəfindən qavranılmasının necə vacib olduğunu anlayırıq. Məhz buna görə də biz Avropa şirkətlərinin, hökumət və nəzarət qurumlarının bu kimi suallara cavab tapa bilməsi üçün növbəti Şəffaflıq Mərkəzini açmaq qərarına gəldik. Məlumat təhlükəsizliyi dövlət qurumları və müştərilər üçün  prioritetlərdən birinə çevrilir və biz məlumatların təhlükəsizliyini necə təmin etdiyimizi izah etməyə hazırıq. Bizim informasiya şəffaflığına dair qlobal təşəbbüsümüz məhz bunu nəzərdə tutur. Biz həmçinin təşəbbüsün miqyasının genişlənməsindən və onu dəstəkləyən tədbirlərin sayının artmasından çox məmnunuq”, - deyə Kasperski Lab şirkətinin dövlət qurumları ilə əlaqələr üzrə vitse-prezidenti Anton Şinqaryov bildirib. 

"Kaspersky Lab" qlobal informasiya açıqlığı təşəbbüsü çərçivəsində artıq bir neçə addım atıb:

  • İstifadəçilərin İsveçrədəki Kaspersky Security Network vasitəsi ilə könüllü təqdim etdikləri məlumatların emal və saxlanması üçün əlavə infrastruktur yaratmağa başladı. 2018-ci ilin 13 noyabr tarixindən etibarən avropalı istifadəçilərdən kiber təhlükələrlə bağlı gələn məlumatlar Sürixdəki iki məlumat mərkəzində emal olunur.
  • Məlumatların emalı üzrə əlavə infrastrukturların yaradılması prosesinin 2019-cu ilin sonuna kimi tamamilə bitməsi gözlənilir.
  • “Böyük dördlüy”ə daxil olan şirkətlərdən biri ilə anti-virus bazalarının işlənilməsi və yayılması üzrə mühəndislik təcrübəsinin auditi üzrə əməkdaşlıq edir. Bu əməkdaşlığın məqsədi "Kaspersky Lab"-ın məhsullarının hazırlanmasında  sahənin ən yaxşı təcrübələrindən istifadə etdiyini müstəqil şəkildə təsdiqləməkdir. Bu ekspertizanın nəticələri haqqında SSAE 18 standartları əsasında aparılan sonuncu SOC 2 (The Service and Organization Control) hesabatının 2019-cu ilin ikinci kvartalında təqdim olunması nəzərdə tutulub;
  • “bug bounty”-də olan boşluqların tapılması proqramını təkmilləşdirməyə davam edir.  Bu proqram çərçivəsində mükafatın artırılması elan edildəsindən sonra "Kaspersky Lab" kənar  tədqiqatçılar tərəfindən aşkar edilmiş 50-dən çox boşluğu düzəldib və bunun müqabilində onlara ümumilikdə 17 min ABŞ dollarından çox vəsait ödəyib. Şirkət bu  yaxınlarda “bug”-ların təhlili və axtarışı üçün məhsullarının siyahısını genişləndirib və əlavə olaraq ona  Kaspersky Password Manager və  Kaspersky Endpoint Security для Linux həlləri əlavə edib.
  • "Kaspersky Lab" hesab edir ki, şəbəkəyə qoşulmuş cihazların sayının artması şəraitində şirkət və onun bütün prosesləri daha da şəffaf olmalıdır və buna görə də, öz həllərinin bütövlüyü və etibarlılığını təsdiq etmək üçün konkret addımlar atmağa davam edir.

 

Вся лента