Azərbaycanda yanğında məhv olmuş “Diqlas” ticarət mərkəzinin iş adamlarına kompensasiya verilməsi üçün sənədlərin qəbulu başlamışdır

16:39 - 4.04.2019


4 aprel, Fineko/abc.az. Bu gündən etibarən Azərbaycan İqtisadiyyat Nazirliyi “Diqlas” Ticarət Mərkəzində yanğın nəticəsində zərər çəkənlərə kompensasiyaların verilməsi üçün sənədləri qəbul etməyə başlayıb.

İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, kompensasiya  Kapital Bank və Turanbank tərəfindən veriləcək.

Nazirliyin kollegiyası martın 26-da yanğında məhv olmuş ticarət mərkəzindəki mağazalar və anbar sahiblərinə 10,000 manat və piştaxtaların sahiblərinə 2 min manat məbləğində kompensasiya ödənişi müəyyən etmişdir.

 

Вся лента