“Zoloyata Korona” pul köçürmələri artıq “Azər-Türk Bank”da mümkündür

14:00 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. Azərbaycanın aparıcı maliyyə-kredit müəssisələrinin  ilk onluğuna  daxil olan  dövlət bankı “Azər-Türk Bank” “Zoloyata Korona” sisteminin yeni iştirakçısı oldu.

Artıq, bankın  Bakı, Gəncə, Şirvan, Naxçıvan, Qəbələdə yerləşən 12 ofisində “Zolotaya Korona” təcili pul köçürmələrini həyata keçirmək mümkündür.

“Zoloyata Korona” pul köçürmələri üçün “Azər-Türk Bank” məntəqələrində ABŞ dolları, avro, rubl və manat valyutaları isifadə olunur.

Köçürmələr üzrə tarif, məbləğdən və tranzaksiyanın istiqamətindən asılı olaraq, məbləğin 1%-ni təşkil edəcək. Həmçinin  “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətində xüsusi 0% tarifi qüvvədədir. Köçürmə, digər bir valyutaya konvertasiya ilə həyata keçirilən zaman komissiya haqqı ödənilməyəcək.

 

Вся лента