Azərbaycan Latviyaya ixrac missiyası göndərəcək

16:36 - 5.04.2019


5 aprel, Fineko/abc.az. Azərbaycanın 23 şirkətindən ibarət ixrac missiyası Riqaya göndəriləcək.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, 7-10 aprel tarixlərində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) Latviyaya ixrac missiyasını təşkil edir.

“Missiya çərçivəsində Latviya və Azərbaycan şirkətlərinin iştirakı ilə işgüzar görüşlər keçiriləcək, Azərbaycan şərablarının dequstasiya mərasimi təşkil olunacaq. İxrac missiyasına qida, şərab və digər spirtli içkilər, turizm və tekstil sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxildir”, - məlumatda belə deyilir.

2018-ci ildə Azərbaycan dünyanın 10 ölkəsinə 11 ixrac missiyası təşkil etmişdir.

Ümumilikdə, indiyədək "Made in Azerbaijan" brendinin təşviqi üzrə 26 ixrac missiyası həyata keçirilmişdir.

 

Вся лента