Bank Respublika şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirib

17:01 - 8.04.2019


8 aprel, Fineko/abc.az. Ötən il çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika, korporativ sosial məsuliyyət siyasəti çərçivəsində növbəti sosial layihəni Ağdam rayonunun Quzanlı qəsəbəsində həyata keçirib.

Belə ki, bu dəfə Beynəlxalq Gənclər Cəmiyyətinin Azərbaycan üzrə rəhbəri Məhbubə Musayeva v ə Müyəssər Texnologiyalar və Ətraf Mühit üzrə Qlobal Alyansın Azərbaycan üzrə nümayəndəsi İlkin Əliyevin təşəbbüsü və təşkilatçılığı, Ağdam rayon İcra Hakimiyyətinin iştirakı və “Bank Respublika”nın dəstəyi ilə Ağdam şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” adlı ağacəkmə aksiyası keçirilib.

Aksiya iştirakçıları öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra layihənin təşkilatçıları və iştirakçılar tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş Ağdam şəhidinin xatirəsinə 538 ağaç əkilib.

Bankdan verilən məlumata əsasən, Bank il ərzində sadəcə biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 


Вся лента