Dövlət Sərhəd Xidməti narkotik vasitə­lərin qaçaqmal yolu ilə ölkəyə gətiril­məsinin qarşısını aldı

27.11.2017,15:51


27 noyabr, Fineko/abc.az. Azərbaycan sərhədçiləri külli miqdarda  narkotik vasitə­lərin qaçaqmal yolu ilə Azərbaycana gətiril­məsinin qarşısını alıb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir: “Azərbaycan sərhədçiləri tərəfindən  Astara rayonunun Oruc­məhəllə kəndi yaxınlığında dövlət sərhədinin pozul­masının qarşısı alınmış, hadisə yerindən qaçmağa cəhd edən 2 nəfər sərhəd pozucusu, İran İslam Repsublikasının vətəndaşları Sasanian Vəhdət Qasım oğlu və Qəvipur Xotpesara Fərəc oğlu  yaxalanıb”. 

İran vətəndaşlarının saxlanılması zamanı onların üzərindən 2 kq 355 qram heroin, 3 kq 10 qram tiryək, 355 qram “Metamfetamin” və 993 ədəd psixotrop dərman preparatı olan “Metadon” həbi aşkar olunmuşdur.

 

Ключевые слова: narkotik Dövlət Sərhəd Xidməti