Yeni modul tipli məktəblər istifadəyə veriləcək

15:00 - 9.04.2019


 9 aprel, Fineko/abc.az. Təhsil Nazirliyinin məlumatına görə, yeni quraşdırılacaq modul tipli məktəblərin layihəsi artıq hazırdır.
Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək. Belə ki, bəzi ucqar kəndlərdə qəzalı vəziyyətdə olan məktəb probleminin aradan qaldırılması üçün modul tipli məktəblərin quraşdırılması nəzərdə tutulur.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır.

Вся лента