İqtisadiyyat nazirinin müavini CEO Lunch Baku-nun fəxri qonağı olub

15:34 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Caspian European Club-un 2019-cu il aprelin 10-da “Hyatt Regency Baku” otelində təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edib.

CEO Lunch Baku-da  həmcinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev fəxri qonaq qismində iştirak edib. Tədbirin əvvəlində Polymart MMC-in, Nabucco şirkətinin və Allied Legal Partners Hüqüq şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov çıxış edib. О 28 il öncə müstəqilliyini bərpa etmiş Azərbaycanın Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzinə çevrildiyini, Azərbaycanın iqtisadi potensialının güclənməsinin ölkəmizin xarici iqtisadi əlaqələrində də müsbət dinamikaya təkan verdiyini, Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaradılmış siyasi, iqtisadi və maliyyə sabitliyi, böyük tranzit potensialı, həyata keçirilən iri regional layihələr, əlverişli biznes mühitinin ölkəmizin investisiya baxımından cəlbediciliyinin təmin etdiyini, ölkəyə yatırılan investisiyalar, ölkənin ixrac imkanlarının artırılması və “Made in Azerbaijan“ brendinin xarici bazarlarda təşviqi məqsədilə kompleks tədbirlərin reallaşdırıldığını qeyd etdi.

Həmçinin, beynəlxalq və regional təşkilatlarla aparılan ardıcıl işin Azərbaycanın xarici iqtisadi əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdiyi, nəticədə ötən müddət ərzində Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq institutlarla əlaqələrin daha da möhkəmləndirildiyi qeyd edildi. Bundan başqa, əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılmasının ölkəmizin xarici ölkələrlə nəqliyyat əlaqələrinin inkişafını, etibarlı nəqliyyat şəbəkəsinin formalaşdırılmasını təmin etdiyini bildirildi. Göstərilənlərə əlavə olaraq, R.Məmmədov tədbir iştirakçılarına Azərbaycandakı iqtisadi vəziyyət və həyata keçirilən islahatlar barədə məlumat verdi.

Tədbir İqtisadiyyat nazirliyi ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə İqtisadiyyat nazirliyi arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab alıblar.

Tədbirdə Rüfət Məmmədova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni üzvlərinə və üzvlüyünü davam etdirən şirkətlərinə də sertifikatlar verilib.  

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə 2002-ci ilin iyununda yaradılıb.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

 

Вся лента