Sahibkarlara “İxraca dəstək” mövzusunda yeni təlim keçiriləcək

15:52 - 10.04.2019


10 aprel, Fineko/abc.az. “2019 İXRACA DƏSTƏK” layihəsinin II hissəsi üzrə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və “My Broker” gömrük təmsilçiliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Dövlət Gömrük Komitəsinin rəsmi dəstəyi ilə növbəti üç hissədən ibarət təlimlər təşkil olunacaqdır.

Təşkil olunacaq təlimlərdə yerli istehsalın xarici bazarlara çıxarılmasının sitimullaşdırılması və asanlaşdırılması üzrə ixrac   gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi, ixrac biznes strategiyası və beynəlxalq daşınmada işlərin hansı mərhələlər ilə həyata keçirilməsi üzrə təlimlər keçiriləcəkdir.

Təlimlərin başlama vaxtı 10:00-dur. Təlimin müddəti 2 saatdır.

Təlimlər:

➡23.04.2019-cu il tarixində “İxrac gömrük əməliyyatında gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi”

Təlimçi: Cabir Kamranov

➡26.04.2019-cu il tarixində “İxracda biznes strategiyası”

Təlimçi: Azad Qəhrəmanov

➡03.05.2019-cu il tarixində “İxrac gömrük əməliyyatında beynəlxalq daşınmanın hansı qaydada həyata keçirilməsi”

Təlimçi: Nicat Şabanlı

Təlimlər ÖDƏNİŞSİZdir.

Təlimlərdə iştirak etmək istəyən yerli istehsalçı sahibkarlarımız  https://forms.gle/z7se47jGuswRet8GA qeydiyyat linkindən qeydiyyatdan keçə bilərlər.

Sonda layihə üzrə təşkil olunmuş üç təlimin hər birində iştirak edən sahibkarlara sertifikat təqdim ediləcəkdir. Təlimlər İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin inzibati binasında baş tutacaqdır. (Ünvan: Bakı ş, Yasamal r, L.Landau küçəsi 16)

 

Вся лента