İqtisadiyyat naziri Türkiyənin Azərbaycandakı səfiri ilə görüşdü

16:53 - 27.11.2017


27 noyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və Türkiyənin "Ziraat Bank Azərbaycan" ASC-nin rəhbəri Avni Demirçi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumatda deyilir ki, görüşdə  Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Görüşdə Türkiyənin Ziraat Bankına dair təqdimat keçirilib və Bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Вся лента