OPEC bülletenində Azərbaycana xüsusi buraxılış həsr olunub

11:54 - 11.04.2019


11 aprel, Fineko/abc.az. OPEC bülletenin mart sayında Azərbaycana həsr olunmuş “Bakı OPEC və qeyri-OPEC  tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc olunub. Buraxılışda “OPEC və qeyri-OPEC neft sənayesinin beşiyini ziyarət etdi”, “OPEC və Azərbaycan: güclü və davamlı tərəfdaşlıq”, “Azərbaycan: tarix və müasirlik məkanı” başlıqlı məqalələr yer alıb. Məqalələrdə Azərbaycanın dünya neft sənayesi tarixində rolu, OPEC təşkilatı ilə 1992-ci ildən başlayan əlaqələrin 2016-cı ildən etibarən yeni mərhələdə inkişafı, neft bazarının tənzimlənməsi prosesində ölkəmizin davamlı dəstəyi, intensiv əməkdaşlığı, “OPEC plus” çərçivəsində tədbirlərdə mütəmadi iştirakı kimi məqamalara  diqqət yetirilib.   Bakıda OPEC plus  tədbirlərinin  yüksək səviyyədə keçirildiyi qeyd olunub.  “Qlobal miqyaslı dövlət adamı və uzaqgörən lider kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bu illər ərzində OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə rəğbətimizi yetiririk” deyə, dövlət başçısının rolu  xüsusi vurğulanıb. Nazirlərin Birgə Monitoriq Komitəsinin 13-cü iclasında səsləndirilən çıxışlardan sitatlar gətirilib. Bülletendə həmçinin ölkəmizin  tarixi, coğrafi mövqeyi, əhalisi, neft-qaz ehtiyatları və beynəlxalq təşkilatlarla əməkdaşlığı, eləcə də  26-28 apreldə keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisi haqqında ətraflı məlumatlar əksini tapıb.

Buraxılışın  tam versiyası ilə BURADA tanış olmaq olar.

Вся лента