“Uber”, “Yandex.Taksi” ilə birgə müəssisədə səhmlərə sahib olmaqdan 2018-ci ildə zərəri 42 milyon dollar səviyyəsində qiymətləndirdi

12:11 - 12.04.2019


12 aprel, Fineko/abc.az. “Uber Advanced Technologies” şirkəti 2018-ci ilin sonunda  “Yandex.Taksi” ilə birgə müəssisədə mülkiyyət payından zərərləri 42 milyon dollar dəyərində qiymətləndiri. Bu, Amerika şirkətinin IPO prospektinə olan materiallardan irəli gəlir.

TASS-ın məlumatına görə, sənədlərdə göstərilir ki, hazırda “Uber” “Yandex.Taksi” ilə birgə müəssisənin təxminən 38%-ə sahibidir (sövdələşmənin bağlanması zamanı - 36,9%). Materiallardan bildirilir ki, Amerika şirkəti 2021-ci ilin əvvəlinə qədər birgə müəssisədə səhmləri sata bilmir.

Bundan əlavə, müqaviləyə əsasən, birgə müəssisədə iştirak payını satdıqda, Uber "Yandex.Taksi" ilə 2025-ci ilin əvvəlinə qədər rəqabət aparmaq hüququna malik deyil. Eyni zamanda, "törəmə" şirkəti kimi heç bir məhdudiyyəti yoxdur.

“Yandex.Taksi” və “Uber” 2018-ci ilin fevral ayında Rusiyada online taksi sifariş xidməti birləşdirdi. Şirkətlər, 3,8 milyard dollardan yuxarı qiymətləndirilən birgə biznesə,  artıq 325 milyon dollarlıq investisiya qoyublar. Birgə şirkətdə təxminən 59,3% Yandex-ə, təxminən 38% - Uber-ə məxsusdur, şirkətin qalan səhmləri isə əməkdaşlara məxsusdur.

 

Вся лента