Azərbaycanın milli aviadaşıyıcısı Ər-Riyadda Səudiyyə Ərəbistanına yeni istiqamətləri təqdim etmişdir

10:19 - 15.04.2019


15 aprel, Fineko/abc.az. Azərbaycan Milli aviadaşıyıcısı Ər-Riyadda “Azərbaycan Hava Yolları”nın Səudiyyə Ərəbistanının bir sıra şəhərlərinə yeni istiqamətlərinin təqdim olunduğu “Azərbaycan şahinin gözü ilə” adlı təqdimat keçirmişdir.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti, hər iki ölkənin hökumət, diplomatik korpus, kütləvi informasiya vasitələri nümayəndələri və digərləri iştirak etmişdirlər.

Azərbaycanda istirahət və asudə vaxtın təşkili, o cümlədən çimərlik, xizək, tibbi və tarixi turizm üzrə müasir turizm imkanları geniş auditoriyaya təqdim olunmuşdur.

Tədbirdə “Azərbaycan şahinin gözü ilə” təqdimat videoçarxı nümayiş etdirilmişdir. Videoçarxı aşağıdakı link vasitəsilə izləmək mümkündür https://youtu.be/sSbPtfSrC58

Tədbir iştirakçılarına Azərbaycan mülki aviasiyasının infrastrukturu barədə məlumat verilmişdir. Qonaqlar həmçinin ölkəmizin mətbəx incilərini qiymətləndirə bilmişdirlər.

Tədbirdə çıxış edən AZAL-ın vitse-prezidenti Eldar Hacıyev bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin daimi diqqət və dəstəyi sayəsində ölkəmizin mülki aviasiyası böyük nailiyyətlər əldə etmişdir. Ötən il “Azərbaycan Hava Yolları”nın nüfuzlu 4-ulduzlu aviadaşıyıcı statusu təsdiqlənmiş və AZAL Böyük Britaniyanın “Skytrax” agentliyinin versiyası üzrə Mərkəzi Asiya və Hindistanda ən yaxşı regional aviaşirkət elan olunmuşdur.

Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı “Skytrax” şirkəti tərəfindən maksimal “5 Ulduz” statusuna layiq  görülərək və bu statusa malik dünyanın doqquzuncu hava limanı olaraq, yüksək beynəlxalq ad qazanmışdır. Heydər Əliyev Beynəlxalq Hava Limanı sərnişin və yük daşımaları sahəsində regionun şəksiz lideridir.

"Xalqlarımız ümumi dini-mədəni irsə, ümumi mənəvi dəyərlərə malikdirlər. Yeni istiqamətlərin açılması, həmçinin sadələşdirilmiş viza rejimi iki ölkə arasında turist axınını və işgüzar əlaqələri xeyli artırmağa imkan verəcək", deyə Eldar Hacıyev bildirmişdir.

Qeyd edək ki, AZAL ərəb ölkələrinə çox sayda yeni müntəzəm və çarter reysləri açır. Reyslərdən altısı Səudiyyə Ərəbistanına - Ər-Riyad, Dammam, Ciddə, Mədinə, Burayda (Əl-Qassim) və Əl-Xufuf şəhərlərinədir.

Səudiyyə Ərəbistanına reyslər müasir Airbus A319/320 və E190 təyyarələri ilə aşağıdakı qrafikə əsasən yerinə yetiriləcək:

  • Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
  • Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
  • Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
  • Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
  • Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
  • Bakı-Burayda (Əl-Qassim)-Bakı - cədvəl dəqiqləşdirilir.

Səudiyyə Ərəbistanı Krallığı həmçinin iki müqəddəs yer - əfsanəvi Mədinə və Məkkənin yerləşdiyi ölkə kimi tanınır. Bütün dünyadan müsəlmanlar buraya ziyarətə gəlirlər. Səudiyyə Ərəbistanı həmçinin ekskursiya istirahəti həvəskarlarını misli görünməmiş dəbdəbəsi, özünəməxsus memarlıq ansamblları və heyrətamiz Şərq ab-havası ilə özünə cəlb edir.

Müntəzəm reyslərə aviabiletlərin alınması üçün aviaşirkətin www.azal.az  rəsmi internet saytına, çarter reyslərə aviabiletlər üçün isə AZAL-ın əsas agenti “Silk Way Travel” turizm şirkətinin satış ofislərinə müraciət etmək olar. 24 saat fəaliyyət göstərən Çağrı Mərkəzi: (+994 12) 598 88 80, e-mail: [email protected]. Yazılı müraciətləri həmçinin Whatsapp vasitəsilə (+994 70) 437 40 82 nömrəsinə göndərmək mümkündür.

 

Вся лента