Azeri LT markalı neftin qiyməti qalxdı

28.11.2017,10:18


28 noyabr, Fineko/abc.az. “Azeri LT CIF” markalı  Azərbaycan neftinin bir barelinin qiyməti dünya bazarında 0,25 dollar və yaxud 0,39% artıb.

Hazırda “Azeri LT CIF” markalı xam neftin  qiyməti  64,69 dollar/barelə təşkil edir.

“Azeri LT CIF” markalı  xam neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilmişdir.

 

Ключевые слова: Azeri LT neft barel