Formula 1 yarışması ilə bağlı Bakıda 17 paytaxt marşrutunun istiqaməti dəyişdiriləcək

17:39 - 17.04.2019


17 aprel, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) bir sıra paytaxt marşrutunun traektoriyasında dəyişiklik barədə xəbərdarlıq edir.

Agentliyin verdiyi məlumata görə, Bakıda Azərbaycanın Qran Prisi zamanı Bakı şəhəri dairəsi və ətraf yollardan keçən 17 marşrutun hərəkət sxemi dəyişəcək.

“1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1 saylı marşrutların hərəkət trayektoriyası dəyişdiriləcək. Aprelin 22-dən etibarən yarışların bitməsinə qədər bu marşrutların avtobusları alternativ yollarla hərəkət edəcək”, - məlumatda belə deyilir.

 

Вся лента