Azərbaycan neftinin qiyməti yüksəlib

10:08 - 18.04.2019


18 aprel, Fineko/abc.az. Azərbaycanın "Azeri LT CIF" markalı xam neftinin 1 barelinin qiyməti 0,63 dollar və yaxud 0,85% artaraq bir barelə 74,41 dollar təşkil edib.

Aprelin 17-də Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən ticarətin nəticəsində, “WTI” markalı neftin may fyuçersi 0,29 dollar (0,45%) azalaraq bir barelə 63,76 dollar təşkil etmişdir. 

Səhər saatlarında “WTI” markalı neftin may fyuçersi 0,03 dollar (0,05%) yüksələrək 63,79 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,10 dollar (0,14%) enərək, bir barelə 71,62 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,05 dollar (0,07%) artaraq bir barelə 71,67 dollar təşkil etmişdir.

 

Вся лента