Cəbhəboyu zonada zabitlər üçün yaşayış kompleksi istifadəyə verilib

28.11.2017,11:37


28 noyabr, Fineko/abc.az. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin  rəhbər heyəti cəbhə bölgəsində zabitlər üçün inşa edilmiş daha bir yaşayış kompleksinin açılışında iştirak edib.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, 33 yaşayış və köməkçi otaqlardan ibarət olan ikimərtəbəli zabit yataqxanası kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir standartlara cavab verən yataqxana mebel və digər lazımi avadanlıqla təchiz olunub.

Məlumatda deyilir: “Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və abadlıq işləri görülüb, minifutbol meydançası və idman şəhərciyi tikilib, həmçinin, hərbi qulluqçuların səmərəli istirahəti üçün digər lazımi şərait yaradılıb”.

Müdafiə naziri general-polkovnik Z.Həsənov yeni tikilmiş zabit yataqxanasında yaradılmış şəraitlə tanış olub.

 

Ключевые слова: Zakir Həsənov Müdafiə Nazirliyi