Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 8 mld. 213,9 mln. manat təşkil edir

17:33 - 19.04.2019


19 aprel, Fineko/abc.az. Mərkəzi Bankın məlumatına görə, martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 8 milyard 213,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 59,4 faizi xarici, 40,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 13,5 faiz, xarici valyutada əmanətlər isə 1,4 faiz artıb.

Вся лента