“Atəşgah” Sığorta Qrupu 2018-ci ildə 95 mln. AZN sığorta haqqı toplayıb

11:02 - 22.04.2019


22 aprel, Fineko/abc.az. “Atəşgah” Sığorta Qrupu 2018-ci il üzrə maliyyə hesabatını təqdim edib. “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin ötən il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 95 mln. AZN təşkil edib.

“Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üzrə topladığı sığorta haqlarının həcmi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 35,9 mln. AZN təşkil edib. Sığorta ödənişlərinin həcmi isə 20,0 mln. AZN təşkil edib ki, bu göstərici 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

“Atəşgah” SŞ -nin 2018-ci ilərzində ən çox ödəniş etdiyi sığorta növləri tibbi sığorta və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur.Şirkətin tibbi sığorta üzrə ödənişlərinin həcmi 52% artaraq 4,8 mln. AZN, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi isə 18% artaraq 12,8 mln.AZN təşkil edib.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətinin topladığı sığorta haqları isə 2017-ci ilin analoji dövrü ilə müqayisədə 53% artaraq 59,0 mln. AZN olub.

Вся лента