Azərbaycan AÇG blokundan cəmi 481 milyon ton neft hasil edib

14:21 - 22.04.2019


22 aprel, Fineko/abc.az. 1997-ci ildən başlayaraq, Azəri-Çıraq-Günəşli (AÇG) neft-qaz yatağının işlənməsinin başlanğıcından 1 aprel 2019-cu ilədək 481,1 milyon ton neft və 156,2 milyard kubmetr qaz hasil olunub.

Bunu, energetika naziri Pərviz Şahbazov SOCAR-ın “Downstream Xəzər dənizi və Mərkəzi Asiya - ticarət, logistika, neft emalı və neft-kimya” IV Beynəlxalq Forumunda bəyan edib.

“Birinci rübdə neft hasilatının həcmi 9,7 milyon ton olub, onlardan AÇG üzrə 6,9 milyon ton təşkil edir. Həmçinin AÇG-dən 3,2 milyard kubmetr qaz hasil edilib”, - nazir belə deyib.

 

Вся лента