Neft bahalaşır: “Brent”in bir bareli 73,7 dollardan təklif olunur

16:29 - 22.04.2019


22 aprel, Fineko/abc.az. Bu günkü ticarətdə neftin qiymətləri əhəmiyyətli yüksəliş nümayiş etdirib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən  və ticarəti bu gün yekunlaşacaq “WTI” markalı neftin may fyuçersi saat 15:20-də 1,20 dollar (2,02%) yüksələrək bir barelə 65,29 dollar təşkil etmişdir.  “WTI” markalı neftin iyun fyuçersi 1,35 dollar (2,11%) yüksələrək 65,42 dollar / barelə təşkil etmişdir. Cümə günü Pasxa bayramları ilə əlaqədar ticarət keçirilməmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,35 dollar (0,49%) artaraq, günün sonunda bir barelə 71,97 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 15:20-də 1,72 dollar (2,39%) artaraq bir barelə 73,69 dollar təşkil etmişdir. Cümə axşamı günü onların qiyməti 0,35 dollar (0,49%) artaraq yekunda 71,97 dollar / barelə təşkil etmişdir.

 

Вся лента