Neft qiymətləri artır

10:04 - 23.04.2019


23 aprel, Fineko/abc.az. Azərbaycanın “Azeri Light” markalı nefti 0,09 dollar (0,12%) artaraq 74,50 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 22-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 1,7 dollar (2,66%) yüksələrək bir barelə 65,70 dollar təşkil etmişdir.  “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,33 dollar (0,5%) yüksələrək 65,88 dollar / barelə təşkil etmişdir.

Bazar ertəsi Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 2,07 dollar (2,88%) artaraq, günün sonunda bir barelə 74,04 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,27 dollar (0,36%) artaraq bir barelə 74,31 dollar təşkil etmişdir.

 

Вся лента