“Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur

11:43 - 23.04.2019


23 aprel, Fineko/abc.az. “Azərenerji” ASC-dən bildirilib ki, ötən ilin iyulunda baş verən qəza nəticəsində enerji sisteminin çökməsinə səbəb olan Mingəçevir şəhərindəki “Azərbaycan” İES istismar müddətini başa vurduğu üçün ən müasir səviyyədə yenidən qurularaq bərpa edilir. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan və respublikada elektrik enerjisinə olan tələbatın 43 fiaizni təmin edən 8 bloklu “Azərbaycan” İES-də bütün parametrlər üzrə tikinti, yenidənqurma və bərpa işləri aparılır.

Bundan başqa, Yuxarı Qarabağ kanalının üzərindən əhali üçün yeni körpü və yol salınması, yeraltı yanğınsöndürmə su boru sistemlərinin bərpa edilməsi istiqamətində işlər görülür.

 Görüləcək işlər nəticəsində stansiyanın gücü 380 meqavat artılaraq 2000 meqavata catacaq, ən əsası isə “Azərbycan” İES-də  dayanıqlılıq və etibarlılıq təmin ediləcək.

Вся лента