Hərbi Dəniz Qüvvələrində seminar keçirilir

13:24 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Hərbi Dəniz Qüvvələrində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan və Fransa Müdafiə Nazirlikləri arasında 2017-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən Bakı şəhərində “Dənizdə dövlət fəaliyyəti üzrə təcrübə mübadiləsi” mövzusunda seminar keçirilir.

Hərbi Dəniz Qüvvələrinin qərargahında təşkil olunan ikigünlük tədbirdə “Dəniz təhlükəsizliyi”, “Qaçaqmalçılığa qarşı fəaliyyətlər”, “Dənizdə çirklənmənin qarşısının alınması” və digər mövzularda məruzələr dinləniləcək.

 

Вся лента