Azərbaycan nefti ucuzlaşdı

09:49 - 25.04.2019


25 aprel, Fineko/abc.az. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,23 ABŞ dolları və yaxud 0,3% artıb və 76,71 dollar / barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) aprelin 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,41 dollar (0,62%) enərək bir barelə 65,89 dollar təşkil etmişdir. 

Elektorn ticarət zamanı “WTI” markalı neftin iyun fyuçersi saat 9:15-də 0,08 dollar (0,12%) enərək 65,81 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyun fyuçersi 0,06 dollar (0,08%) artaraq bir barelə 74,57 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyun ayına olan fyuçers qiymətləri 9:15-də 0,04 dollar (0,05%) artaraq bir barelə 74,61 dollar təşkil etmişdir.

 

Вся лента