330x100
 

Rusiyanın “Utair” aviaşirkəti borca görə bağlana bilər

30.04.2019,13:13


30 aprel, Fineko/abc.az. “Utair” şirkətindən bildirildi ki, şirkət borclar səbəbindən fəaliyyətini dayandıra bilər.

Rusiya KİV bildirir ki, bu, "Ernst & Young" şirkətinin audit hesabatında olan hava daşıyıcısının konsolidə edilmiş maliyyə hesabatlarında qeyd edilir.

Ötən il Utair və onun törəmə şirkətləri 22 milyard rubl həcmində itki vermişdir. 31 dekabr tarixinə qrupun qısamüddətli öhdəlikləri dövriyyə aktivlərindən təxminən 75 milyard çox oldu, xalis aktivləri isə 30,6 milyard dollardan az oldu.

Qış mövsümündə işi təmin etmək üçün, aviaşirkət yeddi illik kreditlər üzrə faiz ödənişlərinin gecikdirilməsinə yol verdi. Eyni zamanda, kreditorlar ödənilməmiş borcların qaytarılması üzrə öhdəliklərin vaxtından əvvəl yerinə yetirilməsini tələb etmək hüququndan imtina məktubları göndərməmişlər.

Ötən ilin sonunda 65,8 milyard rubl məbləğində borc və kreditlər üzrə borc yenidən maliyyələşdirilməyə və ya restrukturizasiyaya məruz qalır.

“Qeyd edilən amillər qrupun fasiləsiz fəaliyyətini davam etdirmək qabiliyyətinə ciddi şübhə yarada biləcək əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğunu göstərir”, - deyə Utair-dən bildirildi.

Bildirildi ki, aviaşirkətin çəkdiyi itkilər, yanacaq qiymətlərinin artımı və gəlir tariflərindəki rəqabətdən irəli gəlir.

 

 

Ключевые слова: Utair