Pərviz Şahbazov OPEC-in Vyana görüşündə iştirak edəcək

16:44 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Azərbaycan, Vyanada keçiriləcək OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşündə təmsil olunacaq.

Energetika Nazirliyinin məlumatında deyildiyi kimi, nazir P.Şahbazov  OPEC və qeyri-OPEC dövlətlərinin Şurasının 29-30 noyabr 2017-ci il tarixində Vyanada keçiriləcək 173-cü iclasında iştirak edəcək.

 “OPEC və qeyri-OPEC dövlətləri nazirlərinin üçüncü iclasında dünya neft bazarında hazırkı vəziyyətə dair OPEC-in təqdimatı,  Birgə Monitorinq Komitəsinin hesabatının təhlili, kartelə daxil olmayan ölkələrin nümayəndələrinin öhdəliklərin icrası ilə bağlı çıxışları və neftin qiymət sabitliyinin dayanıqlı olması üçün yeni təkliflərin müzakirəsi nəzərdə tutulub”, - məlumatda belə deyilir.

Azərbaycan Vyana sazişi çərçivəsində üzərinə düşən öhdəlikləri tam yerinə yetirib. Belə ki, ölkə üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci ilin 10 ayı ərzində ölkəmizdə orta sutkalıq neft hasilatı 785 min barrel təşkil edib.

 

 

Вся лента