İlham Əliyev Ağcabədi rayonunda yeni çörək və un məmulatları zavodunun açılışında iştirak edib

17:03 - 28.11.2017


28 noyabr, Fineko/abc.az. Ağcabədi rayonuna səfəri çərçivəsində prezident İlham Əliyev çörək və un məmulatlarının istehsalı üzrə zavodun açılışında  iştirak edib. 

Dövlət başçısının saytında deyildiyi kimi,  6 hektar sahədə yerləşən zavod iki istehsalat sahəsindən ibarətdir.

“Ümumi dəyəri 4 milyon manat olan zavodun qurulmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,4 milyon manat güzəştli kredit verilib. Gündəlik istehsal gücü 20 ton olan zavodda 2 çörək istehsalı xətti, un məmulatları və qablaşdırma avadanlığı quraşdırılıb. Zavodda 7 növ çörək və 20 çeşiddə un məmulatları istehsal olunur. Gələcəkdə məhsulun çeşidinin daha da artırılması nəzərdə tutulub. İstehsal olunan çörək “Ağcabədi çörəyi” brendi ilə istehlakçılara təqdim edilir”, - məlumatda belə deyilir.

 

 

Вся лента