Azərbaycan və ABŞ vergi əməkdaşlığının inkişafı məsələlərini müzakirə etdilər

17:05 - 6.05.2019


6 may, Fineko/abc.az. Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov ABŞ səfiri Örl Litzenbergerlə görüşüb.

Vergilər Nazirliyindən verilən məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin hazırki vəziyyəti müzakirə edilib.

“Həmçinin vergi sahəsində əməkdaşlığın genişləndirilməsi və iqtisadiyyat və xarici ticarət sahəsində əməkdaşlıqla bağlı digər məsələlər müzakirə edilmişdir”, - məlumatda belə deyilir.

 

Вся лента