Azərbaycan metro üçün vaqon istehsal etmək istəyir

16:50 - 7.05.2019


7 may, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC metro üçün vaqon istehsalının başlanmasını istisna etmir.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, hazırda vaqonların təmiri və sazlanması tənzimlənib.

“Vaqonların təmirinin təşkili ilə bağlı qərar vaqon istehsalına başlamaq məqsədi ilə həyata keçirilmişdir. Kadrlar, faktiki olaraq yeni vaqonların istehsalı prosesinə qoşula bilərlər”, - deyə Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, bu günə qədər 3 qatar və ya 15 vaqon təmir olunub.

 

Вся лента