Azərbaycan qeyri-neft məhsullarının Hindistana ixrac etməkdə maraqlıdır

12:08 - 8.05.2019


8 may, Fineko/abc.az. İqtisadiyyat naziri Şahin Mustafayev Hindistanın Azərbaycana yeni təyin olunmuş səfiri Bavitlunq Vanlalvavna ilə görüşüb.

İqtisadiyyat naziri bildirir ki, 2018-ci ildə Azərbaycan və Hindistan arasında ticarət dövriyyəsi 84% artıb. Bu ilin birinci rübündə ticarət dövriyyəsi 66% artaraq 300 mln. dollara yaxın olub.

“Şahin Mustafayev sənaye, energetika, kənd təsərrüfatı, əczaçılıq, turizm, İKT və s. sahələrdə əməkdaşlıq potensialı, eləcə də Azərbaycanın qeyri-neft məhsullarının Hindistana ixracı üçün imkanları vurğulayıb”, - İqtisadiyyat Nazirliyinin məlumatında  belə deyilir.

Nazir hindistanlı iş adamlarını Azərbaycanın sənaye parkları və məhəllələrində yaradılmış əlverişli şəraitdən yararlanmağa, birgə müəssisələrin təşkilinə dəvət edib.

O vurğulayıb ki, Azərbaycan ilə Hindistan arasında hüquqi bazanın yaradılıb və investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş hazırlamaq üçün iş aparılır.

Şahin Mustafayev Azərbaycanın iştirakı ilə həyata keçirilən layihələr, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin tranzit imkanları və üstünlükləri barədə səfirə məlumat verib.

 

Вся лента