Artıq mənzil sahibləri çıxarışlarını elektron qaydada əldə edəcək

14:49 - 10.05.2019


10 may, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək keçirilən ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır.

Bu məqsədlə mayın 8-dən etibarən Abşeronun Masazır qəsəbəsində yerləşən "İlin dörd fəsli Mənzil-Servis" MTK-ya məxsus yeni inşa edilmiş bina sakinlərinə yaşadıqları məkanda səyyar xidmət göstərilir. Çıxarışın əldə olunması üçün onlardan ilkin sənədlər toplanılır.  Bu kampaniya mayın 15-nə kimi davam edəcək.

Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, onlar şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim etməklə çıxarışa sahib ola bilər.

O da qeyd edildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı şəxsi kabinetində yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək.

Вся лента