Azərbaycanda daha 102 dövlət əmlakının obyekti özəlləşdirilməyə çıxarıldı

12:09 - 13.05.2019


13 may, Fineko/abc.az. İyunun 11-də Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının obyektlərinin özəlləşdirilməsi üzrə növbəti hərrac keçirəcək.

Dövlət Komitəsinin məlumatında deyilir ki, hərraca 102 obyektin yerləşdirilməsi nəzərdə tutulur.

“Bunlardan 40-ı kiçik dövlət müəssisələri və obyektləri, 19 qeyri-yaşayış obyekti, 23 səhmdar cəmiyyəti, 14 nəqliyyat vasitəsi və 6 tamamlanmamış tikilidir”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, hərracda iştirak etmək istəyənlər komitənin saytında (emdk.gov.az) və ya özəlləşdirmə portalında (privatization.az) yerləşdirilmiş təklifləri nəzərdən keçirə bilərlər. Özəlləşdirmə obyektinin başlanğıc dəyərinin 10%-ni ödəyənlər iştirak edə bilərlər.

 

Вся лента