“Azərsu” ASC Suraxanı rayonunda yeni layihələrin icrasına başlayır

15:27 - 13.05.2019


13 may, Fineko/abc.az. “Azərsu” ASC Tədbirlər Planına uyğun olaraq Suraxanı rayonunun qəsəbələrində yeni layihələrin icrasına başlanılıb.

Suraxanı rayonunda icra olunan layihələr Bülbülə, Əmircan, Qaraçuxur, Zığ, Yeni Suraxanı və Yeni Günəşli qəsəbəsi D yaşayış massivində içməli su təchizatı sistemlərinin yaradılmasına və yenidən qurulmasına qərar verilib.

Yeni yaradılan su şəbəkələrində abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq.

Ümumilikdə, Suraxanı rayonunda icra olunan layihələr çərçivəsində 33 km-dən çox su xətləri çəkiləcək və sayğaclar quraşdırılacaq.

İcra olunan layihələrdən  30 mindən çox sakin faydalanacaqdır.

Вся лента