330x110
 

Caspian Asian Club ilk iclasını keçirəcək

13.05.2019,17:39


13 may, Fineko/abc.az. Caspian Asian Club mayın 22-də Bakıda Hyatt Regency-də ilk iclasını keçirəcək. Bu barədə Caspian Asian Club-un baş icraçı direktoru Samir Hacıyev məlumat verib.

İclasın işində biznes nümayəndələrinin, həmçinin diplomatik, ticarət və iqtisadi missiya rəhbərlərinin, Asiya regionu ölkələrinin Azərbaycanda çalışan sahə assosiasiyaları və palatalarının başçılarının iştirakı gözlənilir. “Görüş iştirakçıları Xəzər-Qara dəniz regionunda işləmək istəyən Asiya regionu şirkətləri ilə Klub üzvləri arasında əməkdaşlıq imkanlarının öyrənilməsi və üzə çıxarılması məqsədilə Caspian Asian Club-un fəaliyyəti ilə tanış olmaq fürsəti əldə edəcək”, - deyə Samir Hacıyev söyləyib. 

Caspian Asian Club 2018-ci il yanvarın 26-da Asiya və Xəzər-Qara dəniz regionu ölkələrinin biznes ictimaiyyətləri arasında dialoqu fəallaşdırmaq məqsədilə yaradılıb.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə təsis olunub.

Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevdir. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşir.