Bakıda Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək

29.11.2017,14:55


29 noyabr, Fineko/abc.az. 30 noyabr 2017-ci il tarixində Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək.

Xarici İşlər Nazirliyindən verilən məlumata əsasən, görüş, “Asiyanın Qəlbi”   İstanbul Prosesi çərçivəsində 7-ci nazirlər konfransı çərçivəsində keçiriləcək.

“30 noyabr 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu və Pakistan İslam Respublikasının xarici işlər naziri Havaca Məhəmməd Asifin iştirakı ilə Azərbaycan - Türkiyə - Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşü keçiriləcək”, -  deyə məlumatda qeyd edilir.

Görüşün sonunda mətbuat konfransı keçiriləcək.

 

Ключевые слова: xarici işlər