Neftin qiymətləri artır: Azərbaycan neftinin bir bareli 75 dollardan bahadır

09:46 - 16.05.2019


16 may, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin qiyməti 0,88 ABŞ dolları və yaxud 1,18% artaraq 75,55 dollar təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 15-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyun fyuçersi 0,24 dollar (0,39%) artaraq bir barelə 62,02 dollar təşkil etmişdir. 

 “WTI” markalı neftin iyun fyuçersi cümə axşamı günü saat 09:16-da 0,32 dollar (0,52%) artaraq 62,34 dollar / barelə təşkil etmişdir.

Çərşənbə günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi 0,53 dollar (0,74%) yüksələrək bir barelə 71,77 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə axşamı günü saat 09:16-da 0,34 dollar (0,47%) artaraq bir barelə 72,11 dollar təşkil etmişdir.

 

Вся лента