AFB Bank korporativ müştərilərinə yeni məhsullar təklif edir

16:09 - 16.05.2019


16 may, Fineko/abc.az. AFB Bank korporativ müştərilərinə yeni girovsuz maliyyələşmə təqdim edir. Bu barədə bankın İdarə Heyətinin Sədri Aydın Hüseynov  acıqlama verib. 

“İnvoys maliyyələşməsi haqda olan yeni məsul vasitəsilə bir müştəri başqa bir müştəriyə xidmət göstərdiyi zaman, ona invoys təqdim edirsə və bu invoysun məbləği 30-40 min manata gəlib çıxırsa, bizim yaratdığımız yeni məhsul vasitəsi ilə müştəri öz pulunu onun vaxtını gözləmədən tez ala bilər.  İnvoys maliyyələşməsi çıxardığımız yeni çox effektli məhsuldur. Bu girovsuz, daşınmaz əmlaksız maliyyələşmə məhsullarından biridir. İkinci məhsulumuz Müqavilə maliyyələşməsidir. Bu zaman da bir müştərinin digər müştəri ilə müqaviləsi varsa, hansısa bir xidmət göstərirsə, onun hazırlanması üçün xammala, pula ehtiyacı olarsa, biz həmin müqavilə əsasında maliyyələşmə həyata keçiririk. Bu innovativ daşınan əmlak və maliyyələşmə məhsullarıdır. Bunu Azərbaycanda tətbiq edən 3 bankdan biri də bizim bankdır.”- deyə A.Hüseynov bildirib.

Вся лента