Samir Şərifov: ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar sərmayə qoyub

12:42 - 17.05.2019


17 may, Fineko/abc.az. Yeddi ildən sonra Bakıda ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclası keçirilir.

İclas zamanı Azərbaycan Maliyyə Naziri Samir Şərifov belə görüşlərin mütəmadi keçirilməsinə ümid etdiyini bildirib.

“Bu günə qədər ABŞ Azərbaycan iqtisadiyyatına 13,6 milyard dollar, Azərbaycan isə ABŞ iqtisadiyyatına 8,2 milyard dollar sərmayə qoyub. Ötən il ABŞ Azərbaycana 530 milyon dollar həcmində mal ixrac edib və 330 milyon dollarlıq mal idxal edib”, - deyə nazir bildirib.

O həmçinin qeyd edib ki, bu göstəricilər daha yüksək ola bilər və əməkdaşlığın genişləndirilməsi lazımdır.

 

Вся лента