Mayın 20-də keçiriləcək depozit hərracında 150 milyon AZN cəlb etmək planlaşdırılır

14:18 - 17.05.2019


17 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) banklar üçün növbəti depozit hərracı keçirəcək.

AMB-in məlumatına görə, depozit hərracı mayın 20-də keçiriləcək. Hərrac vasitəsilə 14 gün müddətinə  150 milyon manat məbləğində vəsaitin cəlb edilməsi planlaşdırır. Cəlb olunan vəsaitlər üzrə faiz dəhlizi  6,76% - 8,74% səviyəsində müəyyən edilib.

AMB hərracları 2016-cı ilin iyun ayından etibarən keçirir.

 

Вся лента