10:21 - 20.05.2019
20 may, Fineko/abc.az. “OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib. Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə, iki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.
OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə nazir Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki, 4 ay müddətində orta gündəlik neft hasilatı 130 % icra edilib.
Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
25 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
24 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024
23 Апрель 2024