Magistraturalara qəbul imtahanının II mərhələsi mayın 26-da keçiriləcək

10:41 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının mayın 26-da keçiriləcək II mərhələsində 53 nömrəli proqram üzrə Bakı şəhərində imtahan verəcək bakalavrlar üçün test imtahanı buraxılış vərəqəsində göstərilən ünvanda kompüter vasitəsilə təşkil ediləcək.

Gəncə və Naxçıvan şəhərlərində isə bakalavrlar həmin proqram üzrə test imtahanını buraxılış vərəqəsində göstərilən ünvanlarda kağız formatında verəcəklər.

 

Вся лента