Bir sıra Azərbaycan-Türkmənistan hökumətlərarası sazişlər təsdiq edilib

10:22 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. 29 noyabr tarixində Azərbaycan Prezidenti Türkmənistanla  daha öncə imzalanmış hökumətlərarası sazişləri təsdiq edib.

Azərbaycan Respublikasının DİN ilə Türkmənistanın DİN arasında əməkdaşlıq haqqında;  Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında; Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında; sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında; baytarlıq sahəsində əməkdaşlıq haqqında Sazişlər təsdiq edilib.

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu və vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair memorandum təsdiq edilmişdir.

 

Вся лента